Qalereya
Xiaomi mağazasının möhtəşəm açılışı
Xiaomi mağazalarının Park Bulvar və Crescent Mall-da keçirilən açılışı xüsusi anlarla yadda qaldı. Canlı musiqi, maraqlı aparıcı və əyləncəli aktivliklər tədbiri daha da unudulmaz etdi. Bizim təşkilatçılığımızla keçirilən bu açılışda qonaqlar texnologiya və əyləncənin mükəmməl birləşməsini hiss etdilər.
ARDESTO ilə dadlı təcrübə – KKG-dən xüsusi tədbir
KKG şirkətinin təşkilatçılığı ilə ERC Distribution şirkətinin ARDESTO brendi üçün xüsusi tədbir keçirildi. Tədbir çərçivəsində məhsulların təqdimatı ilə yanaşı, otelin şef-aşpazı ilə interaktiv master-klass da təşkil olundu. Qonaqlar ARDESTO-nun mətbəx avadanlıqlarından istifadə edilərək hazırlanan ləzzətli yeməkləri dadmaq imkanı əldə etdilər.
HONOR Gala Night
Ritz-Carlton otelində HONOR üçün təşkil etdiyimiz Gala Night, yüksək səviyyəli katerinq, canlı musiqi, peşəkar DJ və möhtəşəm dekor ilə unudulmaz bir gecə yaratdı. Bütün detallar diqqətlə planlanaraq, iştirakçılara eksklüziv təcrübə təqdim olundu.
Irshad Electronics-də HONOR Bölməsinin Açılışı
Irshad Electronics mağazasında HONOR brendinə həsr olunmuş yeni bölmənin açılışı üçün əyləncəli və dinamik tədbir təşkil etdik: musiqi proqramı, oyunlar və yüksək səviyyəli katerinq xidməti ilə.
Carlsberg Azerbaijan
Carlsberg Azərbaycan ilə əməkdaşlıq çərçivəsində konfranslar, mitinqlər, tədbirlər və catering xidmətlərinin təşkili həyata keçirilir. Brendin korporativ tələblərinə uyğun şəkildə peşəkar tədbirlər təşkil edirik.
Peşəkar komanda ilə yüksək səviyyəli catering
Catering xidməti sadəcə yemək deyil – bu, peşəkar hazırlıq, planlama və detallara diqqətin nəticəsidir. Komandamız hər tədbir üçün menyunu tərtib edir, keyfiyyətli məhsullar seçir, servisi koordinasiya edir və mükəmməl təqdimat üçün çalışır. Hər detal bizim üçün vacibdir – məqsədimiz qonaqlara həm dad, həm də vizual estetik baxımından yaddaqalan bir təcrübə yaşatmaqdır.
A Cool Break – PAŞA Real Estate üçün
Şirkətimiz PAŞA Real Estate ilə əməkdaşlıq çərçivəsində onların Crescent ofisində “Sərin Fasilə” adlı yay tədbirini təşkil etdi. Məqsəd əməkdaşlar üçün motivasiyaedici və pozitiv atmosfer yaratmaq idi. Konsepsiyadan icraya qədər bütün proses komandamız tərəfindən yüksək peşəkarlıqla həyata keçirildi.
🇨🇳 Çin Atmosferi ilə Tədbirlər – Kkicks Group-dan
Kkicks Group komandası müştərilərinə unikal Çin atmosferində tədbirlər təklif edir. Çin üslubunda hazırlanmış geyimlər, aksesuarlar, dekor elementləri və xüsusi dizaynlı fotobölgələr vasitəsilə tədbiriniz fərqli və yadda qalan olur. Hər bir layihə peşəkar komanda tərəfindən zövqlə hazırlanır və müştərinin istəklərinə uyğunlaşdırılır. Kkicks Group ilə tədbirinizdə Asiyanın sehrini hiss edin.